Monteneqro bütün koronavirus xəstələrinin sağaldığını açıqladı

Monteneqro hökuməti ölkədə koronavirus diaqnozu qoyulmuş bütün xəstələrin sağaldığını açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Ölkəmizdə artıq COVID-19-a yoluxmuş insan yoxdur”, - Monteneqro Nazirlər Kabinetinin açıqlamasında bildirilib.
Xatırladaq ki, ölkədə koronavirusa ilk yoluxma halı martın 17-də aşkarlanıb. Buna qədər Monteneqro Avropada koronavirus aşkarlanmayan yeganə dövlət olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu