Azərbaycanda karantinə alınan icra başçısı danışdı: “Heç kimlə təmasda olmamaq...”


Şamaxının icra başçısı Tahir Məmmədov özünün və icra hakimiyyəti əməkdaşlarının koronavirusla bağlı karantinə alınması barədə açıqlama verib.
O, AzTV-nin efirində canlı bağlantı zamanı bildirib ki, hazırda sosial izolyasiya rejimində işləyirlər:
“Mütəmadi olaraq bütün digər rayonlar kimi, Şamaxıda da koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bir sıra tədbirlər görülür. O cümlədən, testlər verilir.

Əməkdaşlarımızın birində test müsbət çıxdı. Bundan sonra digər bütün əməkdaşlar, o cümlədən, mən hazırda sosial izolyasiya rejimində öz işimizi davam etdiririk”.

O qeyd edib ki, daha çox onlayn bağlantı vasitəsilə, heç kimlə təmasda olmamaq şərtilə fəaliyyətlərini davam etdirirlər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu