Övladlığa götürmədə ciddi problemlər var - Hüquq müdafiəçisi narahatdır

Novella  Cəfəroğlu: "Bəzən körpəni övladlığa götürür, bir neçə ay sonra "Mən bəyənmədim" deyib geri qaytarırlar. Məgər uşaq oyuncaqdır?!"


 Övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin monitorinqi, həyat şəraitinə nəzarət xüsusi karantin dövründə də distant formada davam etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyi bu dövrdə 414 uşaqla bağlı distant monitorinq həyata keçirib. Monitorinqlərin 260-ı telefon, 154-ü isə videozəng vasitəsilə təşkil edilib. Həmin uşaqların ailələrdəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsi öyrənilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildiriblər ki, monitorinqi aparan əməkdaşlar üçün əvvəlcə beynəlxalq və yerli ekspertlərin iştirakı ilə onlayn təlimlər təşkil olunub. Onlar bu təlimlərdə monitorinqlər zamanı mənfi halların aşkar edilməsi, ailə ilə düzgün ünsiyyət və digər bacarıqların artırılması sahəsində zəruri bilik və bacarıqlara sahib olublar.

  Hüquq müdafiəçisi Novella  Cəfəroğlu "Sherg.az"a açıqlamasında bunun düzgün olmadığını dedi:


"Belə monitorinq apararlar? Evlərə getmək, ailədəki vəziyyətlə maraqlanmaq, uşaqla canlı söhbət etmək lazımdır. İndiki halda düzgün və dəqiq nəticələr əldə etmək mümkün deyil".

 N. Cəfəroğlunun fikrincə, övladlığa götürmədə ciddi problemlər var:

"Bəzən körpəni övladlığa götürür, bir neçə ay sonra "Mən bəyənmədim" deyib geri qaytarırlar. Məgər uşaq oyuncaqdır?! Mən təklif edirəm ki, tərəflər arasında müqavilə imzalansın. Çünki övladlığa götürülən uşaq 18 yaşına kimi həmin ailədə qalmalıdır".
 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu