Rusiyanın ilk Energetika naziri koronavirusdan vəfat edib


Rusiyanın ilk Energetika naziri Vladimir Lopuxin 68 yaşında yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun dostu, yazıçı Denis Draqunski “Facebook”da bildirib.

Qeyd edək ki, V. Lopuxin Rusiyanın sabiq Prezidenti Boris Yeltsinin prezidentliyi dövründə - 1991-92-ci illərdə ilk hökumətin tərkibində Rusiyanın Energetika və Yanacaq naziri vəzifəsini icra edib. O, istefa verdikdən sonra bank və kommersiya təşkilatlarında aparıcı vəzifələrdə çalışıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu