İSTİLƏR GƏTİRDİ: Antalya və İstanbulda ilan dəhşəti yaşanır - FOTOLAR


Türkiyənin Antalya şəhərində  mənzilə girən ilan sakinlərə qorxulu anlar yaşadıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, mənzilin qapısında təxminən 1 metr yarım uzunluğunda olan ilan xüsusi cihazlardan istifadə edilərək yanğınsöndürənlər tərəfindən çıxarılıb. Digər tərəfdən, İstanbulun Silivridəki bir evin bağçasına girən 2 metrlik ilan yanğınsöndürənlərin səyləri ilə evdən çıxarılıb. Hər iki hadisə mənzil sakinləri tərəfindən mobil telefonla qeydə alınıb və sosial mediada paylaşılıb.





 

Eskişehirdən də ilan xəbərləri gəlir. Yollara sərilən ilan ölümlərin artması vətəndaşları narahat etməyə başlayıb. Havaların istiləşməsi ilə kənd yerlərində ilanların sayı dəhşətli dərəcədə artıb. 
Bölgə sakinləri nəqliyyat vasitələrinin altında qalıb ölən xeyli ilanların olduğunu bildiriblər. Bursada da istilərin artması ilə ortaya çıxan ilanlar vətəndaşların təlaşına səbəb olub. Keçən həftə İznik rayonundakı bir iş yerinin qapısı önündə görünən ilandan sonra bu dəfə də bir toyuq yuvasında 2,5 metr uzunluğunda bir ilan kəndlilər tərəfindən heyvanlara zərər vermədən tutulub.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu