İtləri döyüşdürüb məğlub olanı kəsib, qalibə yedizdirirlər - Qarşısı alınacaqmı?


Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.

Məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.

Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Onlar itləri ölənə qədər döyüşdürürlər, sonra məğlub olanları kəsib, ətini digərlərinə yedizdirirlər. Bir itin başqa itə yedizdirilməsi də görüntülərdə yer alıb.



Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.

İnsan fotoları görəndə dəhşətə gəlir. Qəribədir ki, həmin şəxslərin çoxu milçək öldürənləri qınayanlar, topa tutanlardır. Mərhum şairimiz Bəxtiyar Vahabzadə demiş, hara gedir sabahımız?..

Keçmiş polis rəisi Mahmud Hacıyev "Sherg.az"a açıqlamasında hadisəyə reaksiya verib:

"Bu məsələ həmişə olub. Xüsusilə Abşeronda it döyüşdürmək dəbə çevrilib. Həmin hadisənin harada baş verdiyini nəzərə almaq lazımdır. Böyük ehtimalla, ictimai təhlükəsizlik üçün təhdid yaranır. Deməli, hüquq- mühafizə orqanları mübarizəni gücləndirməlidirlər".

 Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, sözügedən vəhşiliyin səbəbləri çoxdur:

"İt, xoruz döyüşdürənlər, quşbazlar əvvəllər də var idi. Sovet dövründə onlara qarşı tənqid gücləndiyinə görə, mənfi ənənə unuduldu. İndi yenidən gündəmə gəlib. Çünki insanlar işsizdirlər, nə edəcəklərini bilmirlər. İkinci bir tərəfdən cəhalət hələ də tam aradan qalxmayıb. Bunu edənlər heyvanın canlı olduğunu unudurlar. Ən əsas səbəb isə asudə vaxtın səmərəli təşkilinin təmin edilməməsidir. Belələri boş vaxtlarını keçirmək üçün daha optimal bir yol tapa bilmirlər".
 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu