Rusiya ordusunda koronavirusa yoluxanların sayı açıqlanıb


Rusiya Silahlı Qüvvələrində yeni növ koronavirus (COVID-19) infeksiyasının pik həddi aprel ayının ikinci yarısında qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Rusiyanın Müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi videokonfransda bildirib.

S. Şoyqunun sözlərinə görə, martın əvvəlindən Rusiya ordusunda koronavirusa 5,5 min yoluxma halı aşkarlanıb.

Rusiya Müdafiə naziri bildirib ki, koronavirusa yoluxanlardan 3,5 mini sağalaraq xəstəxanadan buraxılıb.

O qeyd edib ki, pandemiya Rusiya Silahlı Qüvvələrinin döyüş hazırlığına təsir etməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu