Rusiyada yaşayan bakılı: "Azərbaycanın əsas problemi Dağlıq Qarabağdır"

 
“Azərbaycanın ən böyük problem Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Bu münaqişənin yalnız dinc yolla həll edilə biləcəyini hamı deyir, amma baş tutmur. Tərəflər bir-birinə doğru addım atmalıdır, lakin müəyyən qüvvələr bunu əngəlləyir”.

“Report”un Rusiya bürosu xəbər verir ki, bu fikirləri Moskvada Azərbaycanın 28 May - Respublika Günü münasibətilə onlayn formatda keçirilən “Azərbaycan dövlətçiliyinin ildönümü: nailiyyətlər, problemlər, Rusiya Federasiyası ilə əməkdaşlığı” adlı konfransında Rusiyanın Uşaq Kardioloqları Asosiasiyasının vise-prezidenti, əslən bakılı Lüdmila Kozlova dilə gətirib.

O, nasizmin tərənnüm edilməsindən söhbət açaraq belə halları qətiyyətlə pisləyib:

“Böyük Vətən müharibəsindəki qələbə Sovet İttifaqında yaşayan bütün xalqların qələbəsidir. Bu qələbəyə hamı töhfəsini verib. Lakin əfsuslar olsun ki, bəzi ölkələrdə tarix təhrif edildiyi üçün gənc nəsil əsl həqiqəti öyrənməkdən məhrum edilib. Bu ölkələrdə qəhrəmanlar çoxdur, amma nədənsə yalnız Njdeh kimiləri daha çox irəli çəkir, nümunə göstərirlər. Bəs niyə belə meyllərə lazımi cavab verilmir? Tarixdən məlum olduğu kimi, bu cür “qəhrəman”lar faşistlər tərəfində vuruşub, faşizmin qələbəsi uğrunda çalışıblar. İndi də belələrinin xatirəsinə paytaxtın mərkəzində abidə ucaldırlar. Biz birgə qələbəmizi olduğu kimi göstərməli, tarixi həqiqəti tanıtmalıyıq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu