Xaricdən borc almağa ciddi ehtiyac yoxdur: Banklar dollar ehtiyacını hələ ki, ödəyə bilir


 Mart ayında pandemiya və gərgin maliyyə bazarları fonunda Rusiya bankları ölkəyə 4,95 milyard ABŞ dolları və 1,13 milyard avro nağd pul idxal ediblər. Fevral ayı ilə müqayisədə nağd dolların tədarükü təqribən 9,6 dəfə artıb. Banklar bundan daha çox yalnız 2014-cü il böhranının mart və dekabr aylarında  idxal ediblər.

Neftin qiymətinin kəskin düşməsi və koronavirus pandemiyası fonunda rubl dünyanın ikinci ən dəyişkən valyutası olub, rubl bir ayda dollar və avroya qarşı ucuzlaşıb.  

Ölkəmizdə də eyni prosesin mümkün olub-olmayacağına dair fikirlərini “Sherg.az”la bölüşən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Rusiya banklarının belə addım atmasının səbəbləri var idi. Çünki Rusiyada özəl sektorun borclanma səviyyəsi çox yüksəkdir.



Ekspert bildirib ki, ölkəmizdə belə hal demək olar ki yoxdur, iqtisadiyyatımızın bütün elementləri tam formalaşmayıb:

“Pandemiyaya görə neft qiymətlərinin aşağı düşməsi ilə rubla böyük təzyiqlər var idi. Rublun mart-aprel ayrlarında 10 faizə yaxın dəyərdən düşməsi müşahidə olundu. Bunun da müəyyən dərəcədə qarşısını almaq üçün banklar valyuta ehtiyatlarını artırmağa çalışdı. Buna görə də birbaşa müqavilələrin bağlanması baş tutdu. 

Azərbaycanda ancaq bankların müəyyən addımlar atması ilə müqavilələr bağlanıb və xaricdən kreditlər cəlb olunub. Amma son 2-3 ildə belə xərclər zəfiləyib. Çünki 2015-ci ildə devalvasiya olandan bankların xaricdən götürdükləri borclarla bağlı ciddi problemlər yaranmışdı. Düzdür, uzun zamandır ki, manatın məzənnəsi sabitdir, hələlik problem yoxdur. Mərkəzi Bankın açıqlamasına görə inzibati qaydada da olsa bir müddət manatı sabit saxlayacaqlar. Amma hər halda xaricdən alınmış borcların risk mənbəyi olduğunu nəzərə alaraq Azərbaycan bankları xaricdən kredit almağı xeyli azaldıb. Əslində xaricdən borc almağımıza ciddi ehtiyac da yoxdur. Çünki Mərkəzi Bank hər il həftədə 2 dəfə neft fondunun vəsaitini dollar şəklində hərraclar vasitəsilə banklara satır. Yəni banklar dollar ehtiyacını hələ ki ödəyə bilir. Ona görə də Rusiyadakı kimi banklarımızda belə prosesə ehtiyac yoxdur”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu