Villaş-Boaş "Marsel"də qalır


"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş komandada qalmağa qərar verib.

Qol.az xəbər verir ki, 42 yaşlı mütəxəssis "RMC Sports"a açıqlamasında klubda xoşbəxt olduğunu deyib:

"Marsel"də çox xoşbəxtəm. Çempionlar Liqasında iştirak etmək arzusundayam. Ancaq iqtisadi vəziyyətimizin nə qədər sabit olduğunu bilmək istəyirəm. Yaxşı iş üçün şərait yoxdursa, o zaman layihə buna dəyməz. Məşqçi klubda özünə inamı hiss etməlidir".

Daha əvvəl portuqaliyalı məşqçinin klubun yeni müqavilə təklifini qəbul etmədiyi haqda xəbərlər yayılmışdı. Onun hazırkı müqaviləsi 2021-ci ilin iyununa qədərdir. 

Qeyd edək ki, "Marsel" koronavirusa görə başa vurulan Fransa 1-ci Liqasında 2-ci yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu