"Azərişıq" əməkdaşlarını güllələyəndən YENİ XƏBƏR

Masallıda “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti əməkdaşlarının güllələnməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Yeddioymaq kənd sakini, 51 yaşlı Mansur Şahmuradov müəyyən olunaraq saxlanılıb.

Cinayətin aləti olan ov tüfəngi maddi sübut kimi götürülüb.

Qeyd edək ki, hadisə ötən gün Masallının Yeddioymaq kəndində qeydə alınıb.

Kənd sakini M. Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçilərinə evindəki ov silahı ilə atəş açıb.

Nəticədə üç nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İki nəfərin xəsarətləri yüngül olduğundan ambulator yardım edilib. “Azərişıq”ın digər əməkdaşı, Masallı şəhərində yaşayan 37 yaşlı Ramal Sudef oğlu Bağırova isə sol körpücük nahiyəni dəlib-keçən güllə yarası diaqnozu qoyulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu