Kənd ərazisində 1 tona yaxın çətənə kolu aşkarlandı

“Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki rayon Polis Şöbəsinin əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, rayonun Baş Göynük kəndi ərazisində ümumi çəkisi 936 kiloqram yabanı halda bitən 6234 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilib. Həmin çətənə bitkiləri kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu