Azərbaycan İrana 19 məhbus qaytardı

Azərbaycandakı 19 iranlı məhbus İrana təhvil verilib.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Aabbasi deyib.
O qeyd edib ki, əksəriyyəti narkotik qaçaqmalçılığına görə həbs edilmiş məhbusların təhvil verilməsi Astara sərhəd-keçid məntəqəsində bu gün baş tutub. Ölkəyə qaytarılan məhbuslar həbs müddətinin qalanını İranda zindanda keçirəcək. Məhbuslar İranın Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Azərbaycanın aidiyyəti qurumları ilə müzakirələri nəticəsində İrana təhvil verilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu