“Paytaxtımız daha da müasirləşəcək”

"Bir çox ekoloji məsələlər həllini tapacaq. Turizm üçün cəlb edici olacaq”



"Prezident İlham Əliyevin “ Signify” şirkətinin rəhbərləri ilə keçirdiyi videokonfrans olduqca mühüm əhəmiyyət kəsb edir".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı hər il keçirilən Davos iqtisadi forumunda ölkə başçısının həmin şirkətin rəhbəri ilə keçirdiyi görüş barədə məlumatlı olsa da, müzakirə olunan məsələlərin mahiyyəti ilə bağlı geniş təsəvvürə malik deyildi:

"O baxımdan videokonfransda bütün məsələlərə aydınlıq gətirildi. Qeyd etmək lazımdır ki, “Signify” şirkəti yüksək texnologiyalar üzrə dünya birincisi hesab olunur və belə bir şirkətlə əməkdaşlıq, Azərbaycanın müasirləşməsinə, iqtisadiyyatının, kənd təsərrüfatının, şəhərsalmanın və bir çox xidmət sahələrinin inkişafına səbəb olacaq. İstehlak olunan enerjiyə, içməli və texniki suyun qənaət edilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına, bu sahədə kadrların hazırlanmasına və təbii resurslardan məqsədyönlü istifadəyə nail olunacaq. “Ağıllı şəhər” prinsiplərinə uyğun olaraq, Bakıda və respublikanın digər şəhərlərində, dünyada ən müasir, son texnologiyaların tətbiqi ilə küçə işıqlandırılması həyata keçiriləcək".



Parlament üzvü vurğulayıb ki, onsuz da, öz gözəlliyi və tarixi ilə dünyanın ən gözəl şəhərləri arasında sayılıb-seçilən paytaxtımız daha da müasirləşəcək:

"Bir çox ekoloji məsələlər həllini tapacaq. Turizm üçün cəlb edici olacaq. Dünya getdikcə sürətlə qloballaşır və hər bir ölkənin inkişafında yüksək texnologiyaların xüsusi çəkisi artmaqdadır. Dövlət idarəetmə sistemindən tutmuş iqtisadiyyata, kənd təsərrüfatına, xidmət sektoruna qədər hər şey rəqəmsallaşır".

N.Məhəməliyev vurğulayıb ki, yüksək texnologiyaları tətbiq etmədən, real nəticələrə nail olmaq, müasir dünyada rəqabət aparmaq qeyri-mümkündür:

"Bütün bunları və mövcud qlobal çağırışları nəzərə alan Prezident İlham Əliyev ölkəmizin hərtərəfli perspektiv inkişafını təmin etmək üçün “Signify” kimi ən qabaqcıl dünya brendləri ilə əməkdaşla üstünlük verir. Bir çox sahələrdə olduğu kimi, bu sahədə də ən yüksək etalon formalaşdırmaqla cəmiyyəti inamla irəli aparır".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu