“Hərbi texnikanı Rusiya yox, Türkiyədən almaq lazımdır”

"Türkiyəyə dəstək olunsa, daha da sürətlə üstünlüyə nail olmaq olar”


"Azərbaycan Türkiyənin bütün silah proyektlərinə ortaq olmalı və maddi vəsait yatırmalıdır".
Bunu "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Siyasi şərhçi vurğulayıb ki, hərbi texnika idxalında Rusiyaya yox, Türkiyəyə yönəlmək lazımdı:
"Türkiyə artıq hərb sənətinin istiqamətini dəyişdirib. Müasir texnologiyalar əsasında yenidən qurub. İndiki dövrdə hərbi qüvvə itkisi olmadan dronlarla, pilotsuz uçan aparatlarla müharibə aparılır. Bu sahədə rusun hərbi texnikalarına yer yoxdur. O səbəbdən Azərbaycan Türkiyənin raket, İHA, SİHA, 5-ci nəsil təyyarə, helikopter, radar sistemləri, HHM sistemləri, tank, gəmi, lazer silahı və s. projelərində mütləq iştirak etməlidir".



A.Qasımov vurğulayıb ki, hərbi texnikaların bir çox detalları bizdə hazırlanmalıdır: 

"Çünki Türkiyəyə dəstək olunsa, daha da sürətlə üstünlüyə nail olmaq olar. Hətta atom silahı üzərində işlənməlidir. Çox güman ki, bu iş gedir. Hətta Pakistanla da birlikdə işləmək lazımdı. 2025-ci ilə Qarabağ düşməndən azad ediləcək. Bu barədə bir dəfə də yazmışdım, son proqnozlar da bunu göstərir. Qısa müddət ərzində bütün bu layihələr bitməlidir. Bizim hələ çox planlarımız var. Ən böyüyü isə Qarabağdan sonra Bütöv Azərbaycandır!".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu