“Düşmənlərin əlinə "kart" vermək olmaz!”  - Professor 

“Danışmaq lazım olanda susur, susmaq lazım olanda danışırıq”

“Hər iki hadisəni gündəmdən silmək, unutdurmaq lazımdır. Yoxsa satqınlar, xainlər daha da çoxalacaq"



Son vaxtlar qəribə bir tendensiya müşahidə olunur. Bəziləri bir az fərqlənən, seçilən insanı gözdən salmağa çalışırlar. Daha bizə düşmən lazım deyil. Elə öz içimizdəkilər kifayət qədər imiş...
  Bir neçə gün əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi "Ramil Səfərov işi" ilə bağlı qərar çıxarıb. AİHM hesab edir ki, Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı işində Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl ediblər.

Məhkəmənin qənaətinə görə, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."

Qərara görə, Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerlinq təzminat ödəməlidir.

Bu qərar ölkədə müzakirə mövzusuna çevrilib. Ramil Səfərovu dəstəkləyən vətənpərvərlər kimi, qərarın haqlı olduğunu iddia edənlər də tapılıb.

 Bu yaxınlarda növbəti oxşar hadisə ilə də üzləşdik. Belə ki, uzun illər sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi vəzifəsində çalışmış, hazırda güləş federasiyasının vitse-prezidenti olan Firdovsi Umudova qarşı da qarayaxma kampaniyası başlanıldı. Onun əvvəlcə idmançıların geyimlərini satması, sonra isə tutulan DSX polkovnikinə "krışa"lıq etməsi ilə bağlı “reket” saytların birində dezinformasiya yayıldı. Məlumdur ki, ermənilər adlarını çəkdiyimiz heç bir soydaşımızı sevmirlər. Normaldır. Gözləri götürmür. Bəs bizə nə olub?



Bu barədə "Sherg.az"a danışan professor, türkoloq alim Firudin Cəlilovun fikrincə, düşmənlərin əlinə "kart vermək" olmaz: 

"Mən hələ illər əvvəl demişdim ki, ermənilər bundan istifadə edəcəklər. Etdilər də. Çünki biz siyasəti bilmirik. Geosiyasətdən başımız çıxmır. 90- cı illərdə başqaları politoloqlar, sosioloqlar yetişdirəndə biz hakimiyyət devirir, prezidenti dəyişirdik. Fəsadlarını isə indi görürük. Danışmaq lazım olanda susur, susmaq lazım olanda danışırıq. Hər iki hadisəni gündəmdən silmək, unutdurmaq lazımdır. Elə bil, heç nə olmayıb. Yoxsa satqınlar, xainlər daha da çoxalacaq".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu