Bu kənddə koronavirusa görə çayxanalar bağlandı

Kürdəmir rayonunun Sığırlı kəndində çayxana, restoran və digər iaşə obyektləri bağlanıb.
APA-nın yerli bürosunun Kürdəmir rayon İcra Hakimiyyətinin rəhbərinin müavini Ağali Kərimliyə istinadən verdiyi xəbərə görə, son günlər rayonun Sığırlı kənddə insanlar arasında koronavirusun kütləvi yayılmasının qarşısını almaq məqsədilə rayonun müvafiq orqanları tərəfindən zəruri tədbirlər görülür. Yerli sahibkarlar da bu məqsədlə heç bir müdaxilə olmadan obyektlərini müvəqqəti bağlanmasına qərar veriblər.

Kürdəmirdə son gün virusa 5 nəfər yoluxub. Onlardan 4-ü Sığırlı kəndinin sakinləridir. Beləliklə, Kürdəmirin Sığırlı kəndində koronavirusa yoluxanların ümumi sayı 25-ə çatıb. Rayonda virusdan daha 12 nəfər sağalıb. Bu günə kimi rayonda 71 nəfərdə virus aşkarlanıb ki, onlardan 31-i sağalaraq evə buraxılıb. Kürdəmirdə koronavirusdan ölüm faktı qeydə alınmayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu