“Ermənilər haqq-ədalət istəyirsə, torpaqlarımızı tərk etsinlər”

“Qondarma elan etdikləri "Qarabağ Respublikasını" ləğv etsinlər”

“Biz və gələcək nəsillərimiz torpaqlarımızı yağı düşməndən azad edənə qədər ermənilər bizim üçün potensial məkrli düşmən olaraq qalacaq"



"Erməni mətbuatında Ramil Səfərovun "günahkar" kimi tanıdılması heç bir ölçüyə, haqqa, ədalətə sığmır".

Bunu "Sherg.az"a açıqlamasında AMEA-nın elmi işçisi, ilahiyyatçı Əkrəm Həsənov deyib.

Ə.Həsənov bildirib ki, ermənilər həmvətənlərimizi yurdlarından, doğma torpaqlarından silahlı hücumla, terrorla qovub çıxarıblar:

"Ermənilər Xocalıda körpə, günahsız uşaqları vəhşicəsinə qətl ediblər. Yaşlı insanları qəddarcasına öldürüb işgəncə veriblər. Bir milyondan çox məcburi köçkünlərin Vətənlərini tərk etməsinə səbəb olublar. Nə qədər gənc həmvətənlərimizi şəhid ediblər. Amma Ramil Səfərovun dəyərlərimizə sataşan bir ermənini öldürməsini cinayət hesab edirlər. Utanmadan, həyasızcasına Avropa Məhkəməsinə müraciət edirlər. Ramil Səfərovun azadlığa çıxmasını "ədalətsizlik" hesab edirlər. Günahkar işğalçı və təcavüzkar ermənilərdir. Torpaqlarımızı tərk etməyənə qədər hər bir oğlumuz erməni dığasını cəhənnəmə göndərəcək. Ermənilər haqq-ədalət istəyirsə, öncə torpaqlarımızı tərk etsinlər. Qondarma elan etdikləri "Qarabağ Respublikasını" ləğv etsinlər. Biz və gələcək nəsillərimiz torpaqlarımızı yağı düşməndən azad edənə qədər ermənilər bizim üçün potensial məkrli düşmən olaraq qalacaq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu