Pandemiya dünyada gənclərin 20 faizini işsiz qoyub


Dünyada hər beş gəncdən biri koronavirus pandemiyasının başlanmasından bəri işsiz qalıb, işləməyə davam edənlərin məşğulluğu isə 23 faiz azalıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmasında deyilir.
Araşdırmanın nəticələrinə görə, fevral ayının əvvəlindən müşahidə olunan koronavirus pandemiyası gənclər arasında işsizliyin kəskin və əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

"COVID-19-un səbəb olduğu iqtisadi böhran digər qruplara nisbətən gənc insanlara, xüsusən də qadınlara daha güclü və sürətli təsir göstərir. Əgər imkan və təcrübənin olmaması səbəbindən gənclərin istedadı və enerjisi ikinci plana çəkilərsə, bu, bizim gələcəyimizə zərər yetirər və pandemiyadan sonra iqtisadiyyatın bərpasını çətinləşdirər", deyə BƏT-in baş direktoru Qay Rayder bildirib.

BƏT inkişaf etmiş ölkələrdə genişmiqyaslı məşğulluq və təlim proqramlarına başlamağı və aşağı və orta gəlirli ölkələrdə gənclərin iş təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla təcili dəstək tədbirlərinin həyata keçirilməsinə çağırır.

Təşkilatın məlumatına görə, 2019-cu ildə gənclərin işsizlik səviyyəsi 13,6 faiz təşkil edib ki, bu da digər qruplardan daha yüksək olub. Hazırda dünyada 267 milyona yaxın heç bir iş tapmayan və təhsil almayan gənc mövcuddur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu