Rusiyada koronavirusdan ölənlərin sayı 4 min nəfəri keçib


Rusiyada son sutka ərzində daha 8371 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 379 051 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 4142 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 150 993 nəfərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu