"Xalqın içərisindən çıxmış ziyalılar ilk dəfə  bir ideologiya ətrafında birləşiblər" - Tarixçi  

"Cümhuriyyət və onun qurucuları xalqımız tərəfindən çox sevilir".

Bunu "Sherg.az"a tarixçi alim Boran Əziz deyib.

Tarixçi bildirib ki, 1918-ci ilin mayına qədər Vətənimizdə qurulan dövlətlərin adları və paytaxtları müxtəlif olub:

"Eramızdan əvvəl 3-2-ci minillikdən başlayan dövlətçilik tarixində ilk dəfə paytaxtı Bakı, adı Azərbaycan olan dövləti məhz Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları yaradıb. Bu möhtəşəm bir xidmətdir. Azərbaycan Xalq Cümhuriyyətinə qədər qurulan bütün dövlətlər sülalə və ya ailələr dövləti olub".

B.Əziz vurğulayıb ki, ilk dəfə xalqın müxtəlif təbəqələrinin içərisindən çıxmış ziyalılar bir iman, bir ideologiya ətrafında ətrafında birləşiblər:

"Milli dövlət qurublar. Onları yerliçilik, var- dövlət yığmaq birləşdirməmişdi. Əksinə, ata-babadan qalma mülklərini, qazandıqlarını Cümhuriyyətin qurulmasıma, möhkəmləndirilməsinə sərf etmişdilər. Buna ən bariz nümunə Nəsib bəy Yusifbəylinin atasının yazdığı o məhşur məktubdur".

Alim qeyd edib ki, ilk dəfə Azərbaycan sözü coğrafi anlamdan beynəlxalq hüququn subyektinə çevrilib:

"Müsəlman və türk dünyasında ilk dünyəvi, demokratik dövlət qurulub. Qadınlara seçki hüququ verilib. Bunlar çox mühüm amillərdir".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu