Zahid Oruc Bərdədə qəbul keçirib


Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc Bərdədə vətəndaşları qəbul edib.
Qəbulda rayon hüquq mühafizə orqanlarının rəhbərləri də iştirak edib.
Rayonun Qaradırnaq kəndində baş tutan görüşdə bir müddət əvvəl yaşanmış insident müzakirə edilib.

Örüş yeri ilə bağlı yaranmış narazılığın hüquqi təfərrüatlarınin müəyyən edilməsi üçün vətəndaşların fikirləri, rəyləri, hadisə ilə daha müfəssəl məlumatlar dinlənilib və görüşdə vurğulanıb ki, vətəndaşlar həmişə dövlətin yanında olublar, Prezidentin siyasətini dəstəkləyiblər, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən hüququn aliliyinin, ədalətin təsbit edilməsi üçün atılan addımları dəstəkləyib, ona sədaqətlərini nümayiş etdiriblər.

Həyata keçirilən islahatlara dəstək duran sakinlər istər sahibkarlığın inkişafı, istərsə də xüsusi mülkiyyətin müdafiə olunması ilə bağlı görülən işləri təqdir ediblər. 

Eləcə də görüşdə hadisə zamanı baş verən qanunsuz davranışlarla bağlı məsələlər müzakirə olunub. İstər Zahid Oruc tərəfindən, istərsə də rayon hüquq mühafizə orqanları tərəfindən sona qədər obyektiv mövqe tutulacağı, hər bir detalın ayrıca araşdırılacağı qeyd olunub.

Komitə sədri bildirib ki, bundan sonrakı hüquqi mərhələlərdə də proses onun nəzarətində olacaq,  daim diqqət mərkəzində saxlanılacaq.

Daha sonra Z.Oruc bir neçə sakinin müraciəti əsasında irriqasiya, suvarma sistemləri ilə bağlı məsələləri müzakirə edib. Xüsusilə yeni artezian quyularının qazılması və pandemiyadan əvvəl başlayan işlərin davam etdirilməsi ilə bağlı proseslə maraqlanıb.

Həmçinin, karantin rejiminin qaydaları, sosial məsafə davranışları nəzərə alınmaqla yerli sakinlərlə görüşüb, orda vurğulanıb ki, pandemiyadan xalqımız və dövlətimiz  ölkə rəhbəri İlham Əliyevin və Mehriban xanımın rəhbərliyi ilə uğurla çıxıb, artıq bölgələrdə, əsasən də aqrar sahədə fəaliyyət tam bərpa edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu