"Bizim min illərlə hesablanacaq dövlətçilik tariximiz var"

 
1918-ci il mayın 28-də Azərbaycan xalqının nümayəndələri dünyaya Azərbaycanın müstəqilliyini elan ediblər. Belə ki,  bir əsr Cənubi Qafqazı idarə edən Rusiya İmperiyası 1917-ci ildə baş verən iki inqilabdan sonra dağılır. 

İnqilab imperiyanın mərkəzində baş tutsa da, əyalətlərinə də təsir göstərərək azadlıq dalğası gətirir. İmperiyanın müstəmləkəsi altında olan bir çox xalqlar  öz müstəqilliklərini elan edirlər.
 Yaranan tarixi imkandan istifadə edilərək doğru anda doğru qərar verilir və 1918-ci il mayın 28-də Azərbaycan da müstəqil xalqlar cərgəsinə qoşulur.
 28 May 1918-ci elan olunan Azərbaycan Xalq Cümhuriyyətini xalqımızın və dövlətçilik ənənəmizin ən önəmli mərhələsi kimi dəyərləndirən  gənc tədqiqatçı Sərxan Carçılının sözlərinə görə,  dünya bizi çağdaş respublika olaraq məhz o tarixdən tanıyıb və qəbul edib:  "Eyni zamanda dünyaya təqdim olunan bu respublika bir ilk deyildi. Bizim min illərlə hesablanacaq dövlətçilik tariximiz var.
28 May 1918-ci il Azərbaycan xalqı olaraq daha da olğunlaşmış formada növbəti bir mərhələyə qədəm  qoymuşuq. Və bu gün də həmin tarixi yaradanlara minnətdarıq".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu