Eyyub Hüseynov: "Eməni istehsallı məhsulların yayılmasına heç cür icazə vermək olmaz" 

Ermənistan işğal olunmuş Dağlıq Qarabağ ərazisində istehsal olunmuş çeşidli məhsulları Rusiya bazarlarına ixrac etməyə müvəffəq olur.
Sonuncu belə hal Rusiyanın Tula şəhərində yerləşən “Selgros” marketlər şəbəkəsində qeydə alınıb. Marketin piştaxtalarında Dağlıq Qarabağda istehsal olunmuş “Artsax Frut” şirkətinin buraxdığı çeşidli mürəbbələr satılır.

Qarabağdan Rusiyaya konservləşdirilmiş məhsullar, spitrli içkilər və meyvə-tərəvəz ixrac olunur. Rusiya ilə Ermənistan Avrasiya İttifaqının üzvü olduğu üçün onlar arasında gömrük yoxlamaları maksimum sadələşdirilib. Bunun hesabına işğal altındakı ərazilərdə istehsal olunan məhsullar Rusiya bazarlarına asanlıqla yol tapır.

Zaman- zaman Ermənistandan, Dağlıq Qarabağdan Azərbaycana da müəyyən ərzaq məhsullarının ixrac olunmasına dair məlumatlar yayılır. 

 Deməli, ermənilər "saman altından su yeritmək" prinsipinə tam uyğun hərəkət edirlər.

 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Sherg.az"a açıqlamasında bunun əleyhinə olduğunu deyib:

"Belə hallar həmişə olsa da, ildən- ilə azalır. Əgər hökumət istehlakçı siyasətini uğurla aparsa, erməni məhsulları boykot oluna bilər. Söhbət təkcə qidaların təhlükəsizliyindən getmir, həm də erməni təbliğatının qarşısını almaq lazımdır. Bizdə istehsal olunan bəzi ərzaqlar da xarici ölkələrə, hətta məndə olan məlumata görə düşmənlərə ixrac olunur. Bu, yaxşıdır. Çünki ölkəyə pul gəlir. Amma  erməni istehsallı məhsulların yayılmasına heç cür icazə vermək olmaz".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu