Tarixçi təəssüf edir: "Cümhuriyyətlə bağlı hər il əksər kanallarda vaxtilə çəkilmiş verilişlərin, filmlərin təkrar-təkrar nümayişi gedir"

"Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni verilişlər hazırlanmalı, filmlər çəkilməlidir".

Bunu “Sherg.az”a açıqlamasında Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov deyib. 

Tarixçi bildirib ki, təəssüf ki, hər il əksər kanallarda vaxtilə çəkilmiş verilişlərin, filmlərin təkrar-təkrar nümayiş olunduğunu görürük:

"Alimlər yeni faktlar, yeni arxiv sənədləri üzə çıxarır. Televiziya, mətbuat onları ictimaiyyətə tanıtmaq üçün daha ciddi işlər görməlidir. Həmçinin, əlamətdar tarixi hadisələr ərəfəsində mətbuatda, saytlarda silsilə yazılar getməlidir. Yəni bu iş yalnız bir günlə, məsələn, 28 may günü ilə məhdudlaşmamalıdır. Ən vacib işlərdən biri də internet resurslarında xarici dillərdə məlumatların yayılması olmalıdır. Azərbaycanın tarixi keçmişi haqqında xarici auditoriyanı daha geniş məlumatlandırmaq lazımdır".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu