Gürcüstan Prezidenti Azərbaycanı təbrik edib


Gürcüstan Prezidenti Salome Zurabişvili Azərbaycan Prezidenti İlham Əliyevi 28 may Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezident “Twitter” hesabında paylaşıb.

"Bu gün, Respublika Günündə Azərbaycan Prezidentini təbrik edirəm. Gürcüstan və Azərbaycan tarixi dostluq və strateji əməkdaşlıq əlaqələri bölüşür. Mən Azərbaycan xalqına sülh, firavanlıq və xüsusilə də bu çətin pandemiya vaxtlarında sağlamlıq arzulayıram", - deyə paylaşımda qeyd edilib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu