Azərbaycanda daha bir aktyor koronavirusa yoluxdu

İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərvər Əliyev də koronavirusa yoluxub.
Lent.az Xəzər TV-yə istinadla xəbər verir ki, Sərvər Əliyev iki gündür ki, xəstəxanaya yerləşdirilib.
Hazırda vəziyyəti stabil olan rejisorun sözlərinə görə xəstəliyin ilkin əlamətlərini hiss etsə də, həkimə müarciət etməyib. Sonra vəziyyətinin ağırlaşdığını görüb, həkim çağırıb.
Rejisorun sözlərinə görə, ailə üzvlərindən alınan testin cavabı neqativ çıxıb.
Xatırladaq ki, bundan əvvəl əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktrisası Şəfəq Əliyeva koronavirusa yoluxmuşdu.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu