Köçkün soydaşlarımız sevindi: “ “Qobu Park-3” kompleksində mənzillə təmin olundular”

"Köçkün soydaşlarımızın bir hissəsi üçün ikiqat bayram oldu".
"Sherg.az" xəbər verir ki, bu sözləri millət vəkili Sahib Alıyev feysbuk profilində yazıb.
Deputat bildirib ki, indiyədək Yasamaldakı  yataqxanalarda qalan 1336 məcburi köçkün ailəsi “Qobu Park-3”  kompleksində mənzillə təmin edilib:

""Qobu Park-1", "Qobu Park-2" yaşayış kompleksləri kimi “Qobu Park-3”-ü də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüylə "Paşa Holdinq" şirkəti öz hesabına tikib. 

Kompleksin açılışında cənab Prezidentin də vurğuladığı kimi indiyədək 300 min məcburi köçkünümüz yeni ev və mənzillərlə təmin olunublar ki, onların da 20 mini məhz Paşa Holdinqin  vəsaitiylə tikilən yaşayış komplekslərindəkilərdir. 

Çox sevindiricidir ki, artıq digər özəl şirkətlər də Paşa Holdinqin sərgilədiyi bu yüksək sosial məsuliyyət hissindən örnək götürərək məcburi köçkünlərimiz üçün evlər tikməyə başlayıblar. Alqışlayıram".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu