“Texnoloji layihələr gələcəyimiz üçün çox önəmli amildir”

"Yatırımlar məhz təhsilə, xüsusilə də texnologiya sahəsindəki təhsilə qoyulmalıdır. Biz də artıq nələrsə icad edib, dünya bazarına çıxarılmalıyıq”


"Texnoloji yeniliklər və bu sahədə inkişaf hər zaman bizim üçün prioritet təşkil etməlidir".
Bu barədə "Sherg.az"a politoloq Rusif Məmmədsoy deyib.
Analitik bildirib ki, bu sahəyə daha çox investisiya yatırılmalıdır:

"Məsələn, Cənubi Koreya kimi, Yaponiya kimi təbii sərvətləri o qədər olmayan dövlətlər var ki, texnoloji cəhətdən hegemonluq edə bilirlər. Bu, olduqca vacib məsələdir. Ona görə dövlət proqramı təsis edilməlidir. Potensiallı tələbələrimizi dövlət hesabına böyük təhsil ocaqlarına göndərməliyik".

R.Məmmədsoy bildirib ki, texnoloji layihələr gələcəyimiz üçün çox önəmli amildir:

"Yatırımlar məhz təhsilə, xüsusilə də texnologiya sahəsindəki təhsilə qoyulmalıdır. Biz də artıq nələrsə icad edib, dünya bazarına çıxarılmalıyıq. Bu məsələyə Qərbə inteqrasiyadan daha çox Uzaq Şərqə inteqrasiya kimi yanaşsaq daha doğru olar. Bu istiqamətdə mütləq şəkildə daha böyük addımlar atılmalıdır. Texnologiya ölkəsinə çevrilə bilmək üçün hər birimiz çox çalışmalıyıq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu