Ənənə davam etdirilir: “Aztəminatlı ailələrə sosial qayğı göstərilir”

“Bu, Azərbaycan dövlətinin qüdrətindən, gücündən xəbər verir"


Dünən Prezident İlham Əliyev məcburi köçkünlər üçün nəzərdə tutulan "Qobu Park-3" yaşayış kompleksinin açılışında iştirak edib. Dövlət başçısı öz çıxışında bir sıra mühüm məsələlərə toxunub. Həmçinin həyata keçirilən sosial- iqtisadi layihələrin  hökumətin əsas prioritetlərindən biri olduğu nəzərə çatdırılıb. 

 Qeyd olunub ki, Birinci vitse- prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə salınmış yeni şəhərciklərdə 3700 məcburi köçkün ailəsi yerləşdiriləcək. Hazırda burada işlər ən yüksək səviyyədə davam etdirilir. 

 Dövlətin bu siyasəti barədə fikirlərini "Sherg.az"la bölüşən millət vəkili, iqtisad elmləri doktoru Rüfət Quliyev ölkəmizdə aztəminatlı ailələrə sosial qayğının ayrılmasının artıq bir ənənə halını aldığını söylədi:

"Məcburi köçkünlər Ümumilli lider Heydər Əliyevin dövründə də diqqətdə saxlanılırdı. Düzdür, o vaxt imkanlar indikindən az idi. Amma Ulu Öndər Heydər Əliyev heç vaxt aztəminatlı ailələri unutmurdu. Bu ənənə davam etdirilir. Qaçqın və köçkün ailələri indi də dövlətin qayğısını öz üzərlərində hiss edirlər. "Qobu Park" layihəsi hökumətin sosial- iqtisadi siyasətinin özəyini təşkil edir. Həmin binalar müasir arxitektura,  mənzillər yüksək infrastruktura ilə tikilib. Vətəndaşlar bu qayğı üçün dövlət başçısına minnətdardırlar. Mənim seçicilərim arasında da belə ailələr az deyil. Onlar hər görüşümüzdə hökumətin sosial- iqtisadi siyasətindən danışır, atılan addımlara görə Prezidentə təşəkkür edirlər".

Millət vəkili onu da bildirdi ki, indiki çətin dövrdə bu cür taleyüklü təşəbbüsləri həyata keçirmək xüsusilə təqdirəlayiqdir:

"Hazırda bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Ən nəhəng ölkələrin iqtisadiyyatı iflic vəziyyətdədir. Təbii, bizdə də itkilər var. Amma bu, minimal səviyyədədir. Mən əminliklə deyə bilərəm, biz iqtisadiyyatın dayanıqlılığını qoruya bildik. Bu, Azərbaycan dövlətinin qüdrətindən, gücündən xəbər verir".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu