"Sevgi gətir, kitab apar!” kampaniyası başlayır

Sabahdan Azərbaycanda uşaqlar üçün qeyri-adi kitab aksiyasına start veriləcək



"Altun kitab” Nəşrlər Evi "Login" mağazalar şəbəkəsi ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü  münasibətilə bu il də "Sevgi gətir, kitab apar!” adlı layihəyə start verir. Nəşriyyatdan AYNA-ya verilən məlumata görə, ilk dəfə ötən il baş tutan layihə uşaqların ciddi marağına səbəb olub, onlar kampaniyaya böyük həvəslə qatılıblar. 

Bunu nəzərə alan "Altun kitab" layihənin bu il də davam etdirilməsinə və ənənəyə çevrilməsinə qərar verib. Sabah, yəni mayın 30-da start veriləcək və iyunun 15-də başa çatacaq kampaniya çərçivəsində uşaqlar öz seçimlərinə görə vətənə, təbiətə, ailə üzvlərinə, dostlarına, eləcə də ədəbi qəhrəmanlar və ya tarixi şəxsiyyətlərdən hər hansı birinə sevgilərini rəsm, şeir, esse, məktub və s. ilə ifadə edərək "Login" mağazalarına gətirə və əvəzində 2 kitab hədiyyə ala bilərlər.
 
Nəşriyyatdan bildirilib ki, hədiyyələrin sayı artıq da ola bilər. Məsələn, uşaq həm rəsm, həm şeir gətirirsə, hərəsinə ayrılıqda kitablar hədiyyə verilir. Sonda toplanan rəsmlər, mətnlər yoxlanılır, aralarından 3-ü seçilir və xüsusi mükafatlandırılır.

Təqdim edilən materiala müəllif haqqında məlumat (ad, soyad, yaş, oxuduğu bağça və ya məktəb, yaşadığı ünvan, əlaqə nömrəsi) əlavə olunmalıdır.

Bundan başqa, "Login" mağazalar şəbəkəsinin alıcılarını 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü xüsusi sürprizlər gözləyir. Bu sürprizlərin nədən ibarət olduğunu həmin gün mağazalara təşrif buyuran müştərilər  özləri görəcəklər. Ümumilikdə 2000-dən çox kitab və müxtəlif məktəbli ləvazimatlarından ibarət hər iki aksiyanın keçiriləcəyi mağazaların ünvanlarını və əlaqə telefonlarını təqdim edirik: 

LOGİN–1: Bakı, Puşkin k., 32, (28 May metrosu) (050) 202-24-10
LOGİN–2: Bakı, X.Məmmədov k., 2944A, (H.Aslanov metrosu) (050) 212-24-10
LOGİN–3: Xırdalan, H.Əliyev p., 167 (AAAF Park) (050) 274-24-10

Paylaş

Bizi Facebookda izləyin
menu
menu