Komitə sədrindən mühüm təşəbbüs: “Bu rayona 2000-dən çox tibbi maska göndərilib”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın  təşəbbüsü ilə koronavirus pandemiyasından qorunmaq məqsədilə  Tovuz rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları, bir sıra məktəblərin kollektivləri, kənd icra qurumlarının çalışanları, fiziki imkanları məhdud şəxslər, Tovuz Gənclər Evinin könüllüləri, tənha şəxslər və aztəminatlı ailələr üçün 2000-dən çox maska göndərilib.

Maskalar Millət vəkili Qənirə Paşayevanın xahişi və çağırışına əsasən  “Bakı Tesktil Fabriki” tərəfindən ön cəbhə rayonlarımızdan biri olan Tovuz rayonunun 20 kəndinə və Qovlar şəhərinə hədiyyə edilib. 

Cənab Prezidentimizin bildirdiyi kimi "Biz birlikdə güclüyük" və hər kəs öz imkanları daxilində dünyanı cənginə almış karonavirusla mübarizədə öz töhfəsini verməli, xalqımızın sağlamlığı, dövlətimizin rifahı naminə dövlətimizin müəyyən etdiyi qaydalara riayət etməlidir deyən Q.Paşayeva Heydər Əliyev Fondunun pandemiya səbəbindən çətin vəziyyətə düşən ailələrə dəstək aksiyasını yüksək qiymətləndirərək hər birimiz bu addımlardan örnək alıb belə ailələrə dəstəyimizi daha da artırmalıyıq deyib.  Millət vəkili Q.Paşayeva seçicilərini və hər bir vətəndaşımızı koronavirus pandemiyasından qorunmaq üçün evdən çıxan zaman maska taxmağa, getdiyi yerlərdə sosial məsafəni gözləməyə, tibbi-gigiyenik qaydalara yüksək səviyyədə əməl etməyə çağırıb.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu