Təşkilat sədrindən müharibə siqnalı: “Düşmən bizə müharibədən başqa yol qoymur” - Hazır olmalıyıq !

“Hətta dövlət başçısı ilk dəfə olaraq dünənki çıxışında güc amilini xüsusi vurğuladı”

“Deməli, biz hər şeyə, hətta düşmən təxribatına da hazır olmalıyıq"




Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradır. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Bildirilib ki, 
keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki oğlan və qızlar  ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək.

Bundan əvvəl, təlimlərin iyunun 12-dən 21-dək keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib. Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət etmiş təcrübəli döyüşçülər dərs keçirlər.

Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar.



Yayılan məlumatı "Sherg.az"a təhlil edən politoloq, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının sözlərinə görə, bu, ermənilərin mövqelərindən xəbər verir:

"Deməli, onlar torpaqlarımızdan çıxmaq, sülh masası arxasına oturmaq istəmirlər. Beynəlxalq təşkilatlar bunu bilməlidirlər. Düşmən bizə müharibədən başqa yol qoymur. Hətta dövlət başçısı ilk dəfə olaraq dünənki çıxışında güc amilini xüsusi vurğuladı. Deməli, biz hər şeyə, hətta düşmən təxribatına da hazır olmalıyıq".
A. Nağı informasiya siyasəti amilini də istisna etmədi:
"Adətən belə təlimlər haqqında məlumat vermirlər. Ola bilsin, bu, yerli əhali arasında aparılan təbliğat və bizə qarşı hesablanan psixoloji zərbədir. Bilmək olmaz. Hər halda, yenə deyirəm ki, biz hər şeyə hazır olmalıyıq".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu