Azərbaycanda karantin rejiminə əməl etməyənlərə SƏRT XƏBƏRDARLIQ

“Karantin rejiminin tələblərinə riayət edilməsinə ciddi nəzarət olacaq”. 
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
O qeyd edib ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi olacaq:
“Qaydalara əməl etməyənlər cərimələnəcək. Cərimələrdən qaçmaq mümkün olmayacaq”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu