Azərbaycanda COVID-19-a yoluxmanın ən çox olduğu kəndlər açıqlandı - SİYAHI

“Narahatedici bölgələrdən biri Kürdəmir rayonudur. Rayonun Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O qeyd edib ki, Masallı rayonunun Əlişanlı kəndində 12 nəfər arasında yoluxma faktı qeydə alınıb:
“Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 12, Beyləqan rayonunun Şahsevən kəndində beş nəfərdə yoluxma qeydə alınıb. Yoluxmanın ən yüksək olduğu rayonlar Salyan, Kürdəmir, Cəlilabad və Yevlaxdır”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu