Karantin rejiminin hansı halda sərtləşdiriləcəyi açıqlandı - RƏSMİ

“Yoluxma hallarının çox olduğu rayonlarda ciddi karantin rejimi tətbiq edilə bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Sədr bildirib ki, maskaların istifadəsi ilə bağlı ciddi inzibati cərimələr tətbiq olunacaq:

“Yaxın günlərdə Milli Məclisdə cərimələrin məbləği müəyyən ediləcək. Əgər tələbat olarsa, ona uyğun olaraq, maskaya tələbat da artacaq. Ölkə ərazisində istehsal olunan və idxal olunan maska ehtiyatı kifayət qədərdir”.

O qeyd edib ki, tələbat yaranarsa, maskaların evdə hazırlanması ilə bağlı təlimatlar hazırlanacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu