Varşavadan Prezidentə məktub: “Vətəndən uzanan kömək əli bizim üçün pənah körpüsüdür”

Bütün dünyanı cənginə almış koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı addımlar, əhalinin sağlamlığının qorunması üçün gördüyü işlər Azərbaycan vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Vətəndaşlarımız Azərbaycan xalqının bu bəladan xilas olması üçün dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Polşanın Varşava şəhərində təhsil alan Mehrac Məmmədov Prezidentə yazır:
“Hörmətli cənab Prezident, mən xaricdə təhsil alan Azərbaycan vətəndaşlarından biriyəm. Dünyanı bürüyən koronavirus infeksiyasının qarşısının alınmasında həyata keçirdiyiniz tədbirlər çərçivəsində xaricdə təhsil alan gənclərə göstərdiyiniz maddi və mənəvi dəstək mənə böyük fərəh hissi bəxş edib. Ölkəmizin hüdudlarından kənarda yaşayan bir insana Vətəndən uzanan kömək əli onun üçün pənah körpüsüdür. Bu böyük diqqət və qayğıya görə Sizə təşəkkürümü bildirir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı və müstəqil Azərbaycan dövlətinin çiçəklənməsi naminə fəaliyyətinizdə daha böyük uğurlara imza atmağınızı arzu edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu