Türkiyədə koronavirusdan daha 28 nəfər öldü, 1141 yeni yoluxma

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölənlərin sayı artıb.

Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

O bildirib ki, bu gün daha 28 nəfər ölüb.

Sosial şəbəkə hesabından məlumat paylaşan nazir qeyd edib ki, son 24 saatda 36155 şübhəli koronavirus testindən keçib, onlardan 1141-nin  cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 4489 nəfər ölüb, 162120 nəfər bu infeksiyaya yoluxub, 125963 nəfəri isə müalicə olunub. 

Bu gün 1594 xəstə evə buraxılıb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu