Məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətində olub

"Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çox önəmli fikirlər səsləndirdi".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.

Partiya rəhbəri bildirib ki, Prezident qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin hər zaman dövlətin diqqətində olduğunu bir daha əyani şəkildə sübut etdi:

"Ölkə başçısı öz çıxışlarında həmişə birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Lakin torpaqlarımızın azad ediləcəyi günə qədər məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması da dövlətimizin əsas proritetlərindən biri olaraq qalacaq. Məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması da məhz bu məqsədə xidmət edir. İndiyə qədər dövlət tərəfindən 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə  təmin olunub. Dünyada iqtisadi böhranın və pandemiyanın hökm sürdüyü belə çətin məqamda məcburi köçkünlərlə bağlı bütün layihələr Prezidentin diqqət mərkəzindədir. Biz bu layihələrin heç birində nə yubanmalara, nədəki ixtisarlara rast gəlməmişik. Mən özüm də məcburi köçkünəm və Birinci Qarabağ Müharibəsinin iştirakçısıyam. Ölkə başçısının məcburi köçkünlərə qarşı diqqət və qayğıkeşliyini yüksək qiymətləndirirəm".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu