Azərbaycan ordusu gücünü Cocuq Mərcanlı əməliyyatlarında göstərib - Millət vəkili

"Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban xanım Əliyeva "Qobu Park 3" yaşayış kompleksinin açılışında çox mühüm tarixi məqamlara toxundu".

Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, ölkə rəhbəri torpaqlarımızın işğal altına düşmə səbəblərinin təhlilini geniş şəkildə ictimaiyyətin diqqətinə çatdırdı:

"Prezident xüsusilə qeyd etdi ki, Qarabağ münaqişəsi  Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun alternativi yoxdur. Təbii ki, münaqişənin sülh yolu ilə həll olunmasının müzakirə mövzusu mərhəlləli şəkildə torpaqlarımızın işğaldan azad olunmasıdır. Danışıqlar masası üstündəki müzakirələr də bu variantın üzərində aparılır. Amma çox təəssüf ki, erməni rəhbərliyi öz xalqından həqiqəti gizlədir və yalanlarla dolu yanlış yola çəkir. Azərbaycan isə güclü ordu yaratmışdır və beynəlxalq dəstək bizim tərəfimizdədir".

Parlament üzvü vurğulayıb ki, Azərbaycan öz ordusunun gücünü Cocuq Mərcanlı və Naxçıvan əməliyyatlarında göstərib:

"Sadəcə biz daha güclü olmalıyıq. Geosiyasi vəziyyəti nəzərə almaqla ölkəmizin suverinliyini təmin edəcəyik. Prezidentin qeyd etdiyi kimi Qarbağ Azərbaycandır və nida işarəsi. Amma bütün bunlara baxmayaraq, dövlətimiz məcburi qaçqın və köçkünlərin sosial problemlərinin həlli və mənzillərlə təmin  edilməsi prosesini davam etdirir. Tikilib istifadətə verilmiş 100-dən çox qəsəbə də bunun əyani təzahürüdür. Ölkəmizin gücü imkan verəcək ki, torpaqlarımız işğaldan azad olunandan sonra oralıarda da müasir infrastrukturlu yeni yaşayış məntəqələrini inşa edək. Bu reallıqdır və ölkə başçımızın rəhbərliyi altında bütün problemlərinin həllinə nail olacayıq".

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu