"Əsas məsələ idmançıların sağlamlığıdır" - Əməkdar məşqçi zalların bağlı qalmasının tərəfdarıdır


"İdman zalları qapalı yerlər sayıldığından orada yoluxma ehtimalı böyükdür."

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə İbrahim Məmmədov deyib.


Onun sözlərinə görə, açıq havada və stadionlarda bəzi idman tədbirlərinin keçirilməsinə icazə verilib. Zalların açılması isə hələ müzakirə mövzusu deyil. 

Kikboks üzrə gənclərdən  ibarət yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi Hakim Hacıyev "Sherg.az"a açıqlamasında bunun idmançılar üçün çətinlik yaratmayacağını dedi:

"Biz həmişə yay aylarında açıq havada məşqlərə üstünlük veririk. Meşəyə, çimərliyə gedirik. Bu, idmançılar üçün daha faydalıdır. Yenə də ənənəmizə sadiq qalacağıq. Yəni idmançılar formadan düşməyəcəklər". 

Mütəxəssis düşünür ki, indiki vaxtda zalların bağlı olması məqsədəuyğundur: "Çünki idman zalında sosial məsafəni saxlamaq olmur. Xüsusilə də təkbətək idman növlərində təmasdan qaçmaq qeyri- mümkündür. Bu səbəbdən də verilən qərarı düzgün hesab edirəm. Əsas məsələ idmançıların sağlamlığıdır. Məşqi zaldan kənarda da etmək mümkündür. İdmançıların döyüşməsi şərt deyil, fiziki məşqlə də formada qala bilərlər".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu