Qubanın yeddi ucqar kəndində modul tipli məktəblər quraşdırılır


Quba rayonunda şagird sayı 100-dək olan 7 məktəb üçün modul tipli binalar quraşdırılacaq.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni məktəblər rayonun Utuq, Gömürdəhnə, Künxırt, Xaspolad, Haput, Muçu və Kardaş kimi ucqar yaşayış məntəqələrində inşa ediləcək.

Quba Rayon Təhsil Şöbəsinin müdiri Rüfət Hacıyev bildirib ki, artıq 5 kənddə modul məktəblərin quraşdırılmasına başlanılıb. Yeni tədris ilinə kimi yeddi kəndin hamısında məktəblər istifadəyə veriləcək. Bununla da Qubada quraşdırlan modul məktəblərin ümumi sayı 23-ə çatacaq.

Bu məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.

Modul məktəblərdən başqa, hazırda Quba rayonunda daha üç böyük təhsil ocağı tikilməkdədir. Zərdabi qəsəbəsində 960, Birinci Nügədi kəndində 792 şagird yerlik və Digah kəndində inşa olunan yeni məktəblər də ilin sonuna kimi şagirdlərin istifadəsinə veriləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu