"Məmurlara ciddi nəzarət, xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir" - Paytaxt sakini Prezidentə yazdı


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir.

Sherg.az Prezidentin saytına istinadla paytaxt sakini Nərminə Mansurovanın məktubunu təqdim edir:

 “Hörmətli cənab Prezident, ölkəmizin sürətli inkişafı, əhaliyə diqqət və qayğınız bir Azərbaycan vətəndaşı olaraq Sizə bu minnətdarlıq məktubunu ünvanlamağıma səbəb oldu. Hörmətli cənab Prezident, Azərbaycan dövlətinin son dövrlərdə yaşanan məlum pandemiya dövründən alnıaçıq çıxması, sahibkarlara, aztəminatlı ailələrə yardım, dövlət məmurlarına ciddi nəzarət, xalq və dövlətin bir-birinə necə sıx bağlı olduğunun göstəricisidir. Yasamal sakini olaraq, Sizin Sərəncamınızla yaradılmış DOST İş Mərkəzinin sosial işçisi kimi Sizə xalqımıza, millətimizə bu qədər diqqət və qayğınız üçün minnətdarlığımı bildirirəm. Ulu Tanrı xalqını bu qədər sevən, qoruyan Prezidentimizi və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanı qorusun!”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu