"Artıq Tramp da sosial şəbəkələrlə bacarmır" - Azər Həsrət 


Bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb.

ABŞ Prezidenti, həmçinin “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Qeyd edək ki, daha əvvəl "Twitter" sosial şəbəkəsi prezidentin yalan paylaşımlarından birini açıqlayıb. Şirkət Trampın mesajı altında dövlət başçısının yalanını iddia edən maddəyə xəbərdaredici nişan və istinad yerləşdirib.

Siyasi şərhçi,  jurnalist Azər Həsrət "Sherg.az"a açıqlamasında sosial şəbəkələrdə özbaşınalıqların qarşısının alınmasının zəruri olduğunu bildirib:



"Trampın  radikal yanaşması onu göstərir ki, artıq bu adam da sosial şəbəkələrlə bacarmır. Sosial şəbəkələr günümüzün əsas güc mənbələrindən birinə çevrilib. Məsuliyyətsizlik o qədər çoxdur ki, hər kəsin şərəfi və ləyaqəti, işgüzar nüfuzu təhlükə altındadır. Sosial şəbəkələr daxili qanunvericilikdən kənar fəaliyyət göstərir. Dəfələrlə ictimai siyasi şəxslərə, incəsənət xadimlərinə təzyiqlər edilib. Elə Trampın özü də bir neçə dəfə bu cür hücumlara məruz qalıb. Ona görə də sosial şəbəkələrin fəaliyyəti tənzimlənməlidir. Əgər insanlar özləri məsuliyyət hiss etmirlərsə, bu, məcburi olmalıdır. Artıq sosial media hərc- mərcliyinə son qoyulmalıdır! Bunun üçün isə sosial platforma yaradıcıları yeni tətbiqlərdən istifadə etməlidirlər".


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu