“Azərtoxum”unn direktorunu bıçaqlayan saxlanılıb - YENİLƏNİB



Bərdədə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov bıçaqlayan şəxs saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisəni törətməkdə şübhəli bilinən Orxan Fərəcbəyli qaçmağa cəhd etsə də rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

***

Saat 13:13

Bərdədə bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova 3 bıçaq zərbəsi endirib.

Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu