Ermənistanda koronavirusdan ölənlərin sayı 127 nəfərə çatıb


Son 24 saat ərzində Ermənistanda 251 nəfər koronavirusa yoluxub. Yeddi nəfər bu virusdan ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.

Bununla da Ermənistanda COVID-19 virusuna yoluxanların sayı 8927, pandemiyadan ölənlərin sayı isə 127 nəfərə yüksəlib.

Hazırda Ermənistanda 5483 nəfər aktiv koronavirus xəstəsi var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu