Türkiyədə ölkədaxili aviareyslər iyunun birindən etibarən başlayır


Türkiyədə iki aylıq fasilədən sonra ölkədaxili aviareyslər iyunun birindən etibarən bərpa olunur.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə uçuşlar İstanbuldan Ankara, Antalya, İzmir və Trabzon şəhərlərinə həyata keçiriləcək. İlk reys isə iyunun birində saat 10.00-da İstanbuldan Ankaraya olacaq.

Artıq hava limanlarına bununla bağlı sertifikatlar təqdim olunub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu