Alimlərdən şok: Adsız barmağı qısa olan ölkələrdə koronadan ölüm nisbəti aşağıdır


İngiltərədə koronavirusla bağlı kişilər arasında maraqlı araşdırma aparılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma nəticəsində adsız barmağı uzun olan kişilərin koronavirusdan ölüm nisbətinin qısa olanlarla müqayisədə daha aşağı olduğu müəyyən edilib.

Kişilərin adsız barmağının uzunluğunu ana bətnində ifraz olunan testosteron hormonunun səviyyəsi müəyyənləşdirir. Bu hormonun çox olması adsız barmağın uzun olması ilə nəticələnir.

Araşdırmaya 41 ölkədən 200 mindən çox insan daxil edilib. Nəticədə adsız barmaqları uzun olan ölkələrdə (Malayziya, Rusiya, Meksika və.s) koronavirusdan ölüm nisbətinin aşağı olduğu, adsız barmaqları qısa olan (İngiltərə, İspaniya və Bolqarıstan və.s) ölkələrdə isə daha çox olduğu ortaya çıxıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu