Koronavirusun psixologiyamıza təsiri hələ bir az sonra hiss olunacaq: Psixoloqlara tələbat artacaq


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb. Belə ki, iyunun 16-na kimi hələ qaydalara əməl etməli, o cümlədən sosial məsafə saxlamalı, tibbi maska taxmalıyıq.

Karantin rejiminin hələ nə vaxta kimi uzanması isə sual altındadır. Bəlkə də, növbəti aylarda da bir- birimizdən uzaq gəzəsi, qorxa- qorxa salamlaşası olacağıq. Bəs səhhətimizi qorumaq adı ilə psixologiyamız pozulsa?

BDU- nun Sosial elmlər və psixologiya fakültəsinin müəllimi Müşviq Mustafayev "Sherg.az"a açıqlamasında bildirib ki, əvvəla, hökumətin tövsiyələrinə əməl etməliyik:

"Bu, istisnasız olaraq hər birimiz üçün vacibdir. Karantinin insan  sağlamlığına təsiri ilə bağlı aparılmış tədqiqatlar o qədər çox deyil, dünyada, eləcə də ölkəmizdə bununla bağlı bir sıra işlər görülür. Lakin ümumilikdə aydındır ki,  sosial təcrid zamanı insanlarda frustrasiya və həyacan səviyyəsi artır.   Onlarda  xəstəliyə yoluxmaqla bağlı qorxular özünü göstərir. Eyni zamanda zərurətlə istəklərimiz arasında ziddiyyət meydana çıxır.  Bu isə bizim yeni şəraitə uyğunlaşmağımıza mane olmaqla yanaşı, həm də  stress vəziyyətinin yaranmasına səbəb olur. Bəli, sağlamlığa görə sosial məsafəni qorumaq vacibdir. Ancaq sosial əlaqələrə tələbat getdikcə artır. Bu, insanlarda depressiyaya, həyəcana, panik-ataka səbəb ola bilər".

Psixoloq insanlara məsləhət də verib. Onun fikrincə, bu arzuolunmaz halla psixoloji mübarizə aparmaq lazımdır:

"Koronavirusun  psixologiyaya təsiri hələ bir az sonra hiss olunacaq.  Ona görə də, hər kəs özünü qorumalıdır. Pozitiv məsələlər haqqında düşünmək, gələcək perspektivləri nəzərə almaq, eyni zamanda höumət tərəfindən verilən dəqiq və aydın informasiyalara inanmaq  lazımdır. Gündə yarım saat, qırx dəqiqə idmanla məşğul olmaq da effektlidir. Çünki idman insana ruh yüksəkliyi, müsbət aura verir. Həmçinin sosial tələbatımızı ödəmək məqsədilə əlaqələrimizi yeni şəraitə uyğun qurmalıyıq. Elələri var ki, onlar üçün sosial əlaqə hava, su qədər vacibdir. Bu adamlar ünsiyyətsiz qala bilmirlər. Onlar mütləq ünsiyyətdə olmalıdırlar.


Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu