Rusiyada koronavirusa qarşı burun damcısı şəklində peyvənd hazırlanıb


Rusiyanın “Vektor” Dövlət Virusologiya və Biotexnologiya Mərkəzində koronavirus infeksiyasına qarşı peyvənd hazırlanıb.

AZƏRTAC xəbər verir ki, Rusiya alimlərinin hazırladıqları yeni peyvənd burun damcısı şəklindədir. Mərkəzin baş direktoru Rinat Maksyutov jurnalistlərə bildirib ki, peyvəndin heyvanlar üzərində sınaqları uğurlu olub. Hazırda preparatın insanlar üçün səmərəliliyi və zərərsizliyi öyrənilir.

Qeyd edək ki, Rusiyada ümumilikdə 47 peyvənd üzərində tədqiqat işləri aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu